SEPAH Bəhreyndə ABŞ radarına zərbə endirib

Digər ölkələr
  • 17 noyabr, 2026
  • 11:47
SEPAH Bəhreyndə ABŞ radarına zərbə endirib

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndəki Şeyx-İsa bazasında ABŞ qüvvələrinin radiolokasiya sisteminə pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirdiyini açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə SEPAH-ın İctimaiyyətlə Əlaqələr İdarəsinin bəyanatında bildirilib.

İddiaya görə, zərbə ABŞ PUA-ları tərəfindən İranın hava məkanının davamlı olaraq pozulmasına cavab olaraq endirilib.