Rumıniya sərhədi yaxınlığında 11 hava hədəfi aşkarlanıb, "F-16"lar havaya qaldırılıb

Digər ölkələr
  • 17 noyabr, 2026
  • 10:54
Rumıniya sərhədi yaxınlığında 11 hava hədəfi aşkarlanıb, F-16lar havaya qaldırılıb

Rumıniya sərhədi yaxınlığında 11 hava hədəfi qeydə alınıb və bununla əlaqədar ölkənin Hərbi Hava Qüvvələri iki "F-16" qırıcısını havaya qaldırıb.

"Report" xəbər verir ki, bu barədə "Digi24" telekanalı Rumıniya Milli Müdafiə Nazirliyinin məlumatına istinadən bildirib.

"Noyabrın 16-dan 17-nə keçən gecə Milli Müdafiə Nazirliyinin radiolokasiya müşahidə sistemi Vılkove şəhərindən (Ukrayna) təxminən 4 kilometr şərqdə 4, daha sonra isə Rumıniya sərhədi yaxınlığında, İzmail şəhərindən (Ukrayna) təxminən 10 kilometr şimal-şərqdə 7 hava hədəfi aşkarlayıb. Rumıniya Hərbi Hava Qüvvələrinin iki "F-16" qırıcısı Feteştidəki 86-cı aviabazadan havaya qalxıb", - məlumatda qeyd olunub.

Milli Hərbi Komandanlıq Mərkəzi Tulça dairəsinin şimal hissəsində yaşayan əhalinin xəbərdar edilməsi istiqamətində tədbirlərin görülməsinin zəruriliyi ilə bağlı Fövqəladə Hallar üzrə Baş Müfəttişliyi məlumatlandırıb və "RO-Alert" mesajı göndərilib.

Qurumdan qeyd edilib ki, milli hava məkanına icazəsiz müdaxilə halı qeydə alınmayıb.

44 filmi