Pakistanda hərbi yük maşını aşıb, 4 nəfər ölüb, 51-i yaralanıb

Digər ölkələr
  • 23 aprel, 2018
  • 20:46
Pakistanda hərbi yük maşını aşıb, 4 nəfər ölüb, 51-i yaralanıb

Bakı. 24 aprel. REPORT.AZ/ Pakistanda yol qəzası nəticəsində sərhəd korpusunun ən azı 4 hərbçisi ölüb, 51-i yaralanıb.

“Report” xəbər verir ki, hərbçiləri daşıyan yük maşını Bəlucistan əyalətinin Koxlu şəhəri yaxınlığında aşıb.

Yaralılar rayon hospitalına yerləşdirilib. Onlardan bəziləri vertolyotlar vasitəsi ilə əyalətin paytaxtı Kvettu şəhərinə aparılıb.