Azərbaycanın 9 ayda neft ixrac etdiyi TOP-10 ölkə
- 19 oktyabr, 2026
- 10:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 10 ölkəyə 15 milyon 829 min 589 ton neft ixrac olunub.
Bu barədə "Report" Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir.
Hesabat dövründə Azərbaycanın neft ixrac etdiyi ilk 3 ölkə İtaliya, Çexiya və Rumıniyadır.
2026-ci ilin 9 ayında Azərbaycan İtaliyaya 5 milyard 511 milyon 082 min ABŞ dolları dəyərində 8 milyon 881 min 441,48 ton, Çexiyaya 908 milyon 481 min ABŞ dolları dəyərində 1 milyon 326 min 505,29 ton və Rumıniyaya 644 milyon 318 min ABŞ dolları dəyərində 1 milyon 014 min 014 ton xam neft ixrac edib.
Aşağıdakı cədvəldə Azərbaycanın yanvar-sentyabr aylarında neft ixrac etdiyi TOP-10 ölkənin siyahısı göstərilib:
| № | Ölkələr | Miqdar (ton) | 2025-cü ilin yanvar-sentyabr aylarına nisbətən | Statistik dəyər (min ABŞ dolları) | 2025-cü ilin yanvar-sentyabr aylarına nisbətən |
| 1 | İtaliya | 8 881 441,48 | -7.38 % | 5 511 082,12 | +10,38 % |
| 2 | Çexiya | 1 326 505,29 | +1,42 % | 908 481,16 | +29,53 % |
| 3 | Rumıniya | 1 014 014,22 | +30,23 % | 644 318,31 | +50,07 % |
| 4 | Hindistan | 524 337,96 | +4 dəfə | 399 206,99 | +7 dəfə |
| 5 | Almaniya | 627 441,82 | -25,47 % | 395 749,8 | -11,13 % |
| 6 | Tunis | 429 376,15 | +2,2 dəfə | 266 294,27 | +2,6 dəfə |
| 7 | Bolqarıstan | 358 842,99 | +4,5 dəfə | 253 113,5 | +5,2 dəfə |
| 8 | İndoneziya | 356 500,04 | +2,7 dəfə | 224 640,09 | +3,1 dəfə |
| 9 | Portuqaliya | 395 031,62 | -44,69 % | 221 958,01 | -42,36 % |
| 10 | İsveçrə | 272 501,37 | +3 dəfə | 193 596,32 | +3,5 dəfə |
| 11 | Digərləri | 1 643 596,98 | -48,15 % | 1 085 041,94 | -34,43 % |
| Cəmi | 15 82 9 589,9 | -6,86 % | 10 103 482,51 | 13,03 % |