Liviyada miqrantları daşıyan yük maşını aşıb, ölən və yaralananlar var
Digər ölkələr
- 14 fevral, 2018
- 12:16
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 14 fevral. REPORT.AZ/ Liviyanın cənub-qərbindəki Bani Valid şəhərində baş verən yol qəzasında azı 19 nəfər ölüb, 79-a qədər qanunsuz miqrant yaralanıb.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, ölənlər arasında Somali və Eritreyadan olan miqrantlar çoxluq təşkil edir.
Məlumata görə, sürücü idarəetməni itirib və maşın aşıb.
Yerli KİV ölənlər arasında qadın və uşaq da olduğunu xəbər verir.
Qeyd olunur ki, Bani Valid şəhəri Liviyaya qonşu ölkələrdən gələn miqrantların gəmilər vasitəsilə İtaliya sahillərinə qeyri-qanuni köçürülməsi nöqtəsidir.
"Sky News Arabia"nın məlumatında isə göstərilir ki, yük maşınında, təxminən, 300 miqrant olub. Qəza nəticəsində onlardan 30-a yaxını ölüb, 100-dən çoxu yaralanıb.
Son xəbərlər
23:34
"Kommersant": Rusiya dizelinin ixracı yanacaq qiymətlərini aşağı salmayıb
Energetika
23:17
Foto
"Qızıl top"un saytı səhvən mükafatın qalibləri ilə bağlı paylaşım edib
Futbol
22:55
Ronaldu Portuqaliya millisinin Millətlər Liqası oyunları üçün ilkin heyətinə çağırılıb
Futbol
22:47
UKMTO: Fars körfəzində bir tankerin yandığı barədə məlumat daxil olub
Digər ölkələr
22:40
"Napoli"nin baş məşqçisi Massimiliano Alleqri iki oyunluq diskvalifikasiya olunub
Futbol
22:36
Foto
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub
Daxili siyasət
22:34
İran Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
Region
22:21
Türkiyədə turistləri daşıyan mikroavtobus aşıb, 15 nəfər yaralanıb
Region
22:15
Kobud müdaxilə, ikili standart: İranın elm nazirinin azərbaycanlı qızlara dəvətinin arxasında nə dayanır?
Analitika