İsrail HƏMAS-ın vəzifəli şəxslərini məhv etmək üçün Qəzzada xəstəxanaya zərbə endirib

Digər ölkələr
  • 12 noyabr, 2026
  • 10:13
İsrail HƏMAS-ın vəzifəli şəxslərini məhv etmək üçün Qəzzada xəstəxanaya zərbə endirib

İsrail Müdafiə Ordusu HƏMAS-ın yüksəkvəzifəli üzvünü və hərəkatın digər iştirakçılarını öldürmək məqsədilə Qəzza zolağının cənubundakı Xan-Yunisdə yerləşən "Nasir" xəstəxanasına zərbə endirdiyini bəyan edib.

"Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun "X" şəbəkəsindəki hesabında paylaşım edilib.

"HƏMAS xəstəxana kompleksindən İsrailə və Müdafiə Ordusuna qarşı hərbi və terror fəaliyyəti mərkəzi kimi, o cümlədən silahların saxlanılması, dindirmələr, işgəncələr və s. üçün istifadə edib. Otaqlardan, həmçinin müşahidə məntəqələri və yaraqlılar üçün sığınacaq kimi istifadə olunub", - məlumatda bildirilib.

Bildirilib ki, zərbənin nəticələri barədə əlavə məlumat daha sonra veriləcək.

44 filmi