İspaniyada "Adam" qasırğasının fəsadları nəticəsində 4 nəfər ölüb - Yenilənib

Digər ölkələr
  • 19 oktyabr, 2026
  • 17:14
İspaniyada Adam qasırğasının fəsadları nəticəsində 4 nəfər ölüb - Yenilənib

Valensiya muxtar icmasında (İspaniya) "Adam" qasırğasının və intensiv yağışların fəsadları nəticəsində 4 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb.

İspaniyanın Valensiya muxtar icmasında "Adam" qasırğası və intensiv yağışlar səbəbindən "qırmızı" təhlükə səviyyəsi elan edilib.

"Report" xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb.

Əlverişsiz hava şəraiti səbəbindən 100 minə yaxın şagird əyani təhsildən məhrum olub.

Bundan əlavə, Valensiya əyalətinin Oliva şəhərinin meri artıq 2 min nəfərin təxliyə edildiyini bildirib.

İspaniyanın Baş naziri Pedro Sançes sosial şəbəkələrdə fövqəladə xidmətlərin əlçatmaz ərazilərdə insanların xilas edilməsi istiqamətində işlər apardığını bildirib. O, əhalini hər hansı yerdəyişmələrdən çəkinməyə və binaların yuxarı mərtəbələrində qalmağa çağırıb.

Daha əvvəl məlumat verilmişdi ki, pis hava şəraiti artıq bu regionda 2 nəfərin həyatına son qoyub.

44 - Tezliklə