İrlandiyanın Baş naziri: Dublində keçiriləcək sammitdə Ukrayna və Moldova məsələləri diqqət mərkəzində olacaq
- 12 noyabr, 2026
- 13:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa Siyasi Birliyinin (ASB) bugünkü sammitinin iclasında əsas diqqət Ukrayna və Moldovaya dair məsələlərə yönəldiləcək.
"Report"un Dublinə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu İrlandiyanın Baş naziri Mixol Martin sammitdən əvvəl jurnalistlərə açıqlamasında deyib.
Rusiya Federasiyası ilə potensial gələcək danışıqlar üçün bu gün konsolidasiya edilmiş vahid Avropa mövqeyinin işlənib hazırlanması perspektivlərinə dair sualı cavablandırarkən Martin bildirib ki, bu mövzuya, böyük ehtimalla, kuluarlarda toxunulacaq, lakin daha rəsmi müzakirə sabah Avropa İttifaqı Şurasının qeyri-rəsmi iclasında nahar vaxtı baş tutacaq.
"Biz, sözsüz ki, bu məsələdə müəyyən irəliləyiş görmək istərdik", - o qeyd edib.
Baş nazir həmçinin əlavə edib ki, Ukrayna və Moldova məsələləri ilə yanaşı, daha geniş mövzular da müzakirə olunacaq.