İtaliyanın cənubunda bina çöküb, ailələr dağıntılar altında qalıb

Digər ölkələr
  • 07 iyul, 2017
  • 07:57
İtaliyanın cənubunda bina çöküb, ailələr dağıntılar altında qalıb
Ansa.it

Bakı. 7 iyul. REPORT.AZ/ İtaliyanın cənubunda bu səhər dördmərtəbəli bina qismən çöküb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, çökmə hadisəsi Neapol şəhərinin ətrafındakı Torre Annuntsiata bölgəsində yerli vaxtla saat 06:20-də baş verib. İlkin məlumatlara görə, iki üst mərtəbənin dağıntıları altında iki ailə - ümumilikdə səkkiz nəfər qalıb. Çökmə vaxtı onların yuxuda olması ehtimalı yüksəkdir.

Hadisənin səbəbləri araşdırılır.