Genuya hava limanı PUA-lara görə işini dayandırıb

Digər ölkələr
  • 20 noyabr, 2026
  • 03:45
Genuya hava limanı PUA-lara görə işini dayandırıb

Genuyanın Kristofor Kolumb adına Beynəlxalq Hava Limanı iki naməlum pilotsuz uçuş aparatının (PUA) görünməsi səbəbindən bütün giriş və çıxış uçuşlarını müvəqqəti dayandırıb.

"Report"un "Il Messaggero" qəzetinə istinadən məlumatına görə, hava limanı 19 noyabr Bakı vaxtı ilə saat 22:00-dan 20 noyabr 02:00-dək dörd saatlıq bağlanıb.

Qəzetin məlumatına görə, PUA-lar hava limanının dispetçer xidmətinin əməkdaşları tərəfindən aşkarlanıb.

"ITA Airways" aviaşirkətinin təyyarəsinin Romaya uçuşu dayandırılıb. Digər uçuşlar da təxirə salınıb.

Polis və İtaliya Milli Aviasiya İdarəsi (ENAC) daha sonradan radarlardan yoxa çıxan dronların mənşəyini araşdırır.

44 filmi