General Əsədi: Tehranda ABŞ tərəfindən hərbi əməliyyatların bərpası istisna edilmir
Digər ölkələr
- 02 may, 2026
- 17:29
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Tehran ABŞ-nin İrana qarşı hərbi əməliyyatları bərpa edə biləcəyini istisna etmir.
"Report" İran mediasına istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələri Mərkəzi Qərargahının nümayəndəsi, briqada generalı Məhəmməd Cəfər Əsədi bildirib.
Onun sözlərinə görə, mövcud məlumatlara əsasən, İran və Birləşmiş Ştatlar arasında müharibənin bərpa olunması ehtimalı var.
M.Əsədi bildirib ki, ABŞ heç bir öhdəliyə və ya razılaşmaya əməl etmir:
"ABŞ rəsmilərinin hərəkətləri və bəyanatları birincisi, neft qiymətlərinin düşməsinin qarşısını almağa, ikincisi isə özlərini saldıqları çətin vəziyyətdən çıxarmağa yönəlib".
Briqada generalı vurğulayıb ki, İran qüvvələri istənilən mümkün hərəkətlərə qarşı durmağa hazırdır.
Son xəbərlər
12:37
Berikaşvili: Azərbaycan-Gürcüstan əməkdaşlığı suverenliyin möhkəmləndirilməsinə əsaslanmalıdır
Region
12:36
Türkiyədə sel fəlakətindən ölənlərin sayı 9-a çatıb
Region
12:34
Sabah rayonlara yağış yağacaq
Ekologiya
12:30
Asif Məmmədov Premyer Liqada son 18 mövsümün rekordunu qırıb
Futbol
12:27
Rubio G20 sammitindən sonra Qazaxıstana səfər etməyi planlaşdırır - Yenilənib
Digər ölkələr
12:25
İsmayıllıda zəlzələ olub
Hadisə
12:25
ABŞ və Özbəkistan arasında kosmik əməkdaşlığa dair saziş imzalanıb
Region
12:16
İspaniyada "Adam" qasırğası və leysan yağışları səbəbindən "qırmızı" təhlükə səviyyəsi elan edilib
Digər ölkələr
12:03
Azərbaycan Rusiyadan buğda tədarükünü 4 dəfə artırıb
Biznes