"France-Presse" Agentliyi kiberhücuma məruz qalıb

Digər ölkələr
  • 26 noyabr, 2026
  • 23:40
France-Presse Agentliyi kiberhücuma məruz qalıb

Fransanın "France-Presse" Agentliyi (AFP) kiberhücuma məruz qalıb.

"Report" xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

"Bu gecə AFP kiberhücuma məruz qalıb. Bu hücum müştərilərimizin materialları izlədiyi və yüklədiyi platformalardan biri olan "AFP Forum"a qarşı yönəldilib", - məlumatda bildirilib.

İcazəsiz giriş aşkar edildikdən sonra agentliyin kibertəhlükəsizlik mütəxəssisləri resursu təcrid ediblər. Ehtiyat tədbiri olaraq hadisənin bütün təfərrüatları aydınlaşdırılana qədər platformaya giriş dayandırılıb.

AFP-dən vurğulanıb ki, hazırda kiberhücumda əli olan şəxslər barədə məlumat yoxdur.