SEPAH ABŞ-nin Bəhreyndəki iki hərbi bazasının hədəf alındığını açıqlayıb - Yenilənib

Digər ölkələr
  • 22 noyabr, 2026
  • 00:21
SEPAH ABŞ-nin Bəhreyndəki iki hərbi bazasının hədəf alındığını açıqlayıb - Yenilənib

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Bəhreynin Ər-Rifa və Əvali şəhərlərindəki bazalarının raket və dronlarla hədəf alındığını açıqlayıb.

"Report" xəbər verir ki, SEPAH-ın müvafiq bəyanatını "Tasnim" agentliyi yayıb.

Bəyanatda qeyd olunub ki, ABŞ dronlarının İranın hava məkanını pozmasından sonra bu ölkənin sözügedən bazalardakı "Patriot" hava hücumundan müdafiə sistemlərinə məxsus iki radar SEPAH-ın Aerokosmik Qüvvələrinin hücumuna məruz qalıb.

"İslam İnqilabı Keşikçiləri Korpusu xəbərdarlıq edir ki, İran İslam Respublikasının hava məkanı ölkənin silahlı qüvvələrinin qırmızı xəttidir və İranın hava məkanının hər hansı təcavüzkar ölkə və qüvvə tərəfindən pozulmasına İslam döyüşçüləri sərt və qəti cavab verəcəklər", - SEPAH-ın bəyanatında bildirilib.

İ‌ranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Bəhreyndəki iki bazasına hücum edib.

"Report" xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

Agentlik hücumların "ABŞ-nin hərəkətlərinə cavab olaraq" həyata keçirildiyini qeyd edib.

Bəhrəyin Daxili İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında edilən paylaşımda isə İranın ölkədəki sənaye obyektini hədəfə aldığı bildirilib. Hücumda yaralananlar barədə məlumat daxil olmadığı da vurğulanıb.

44 filmi