Çexiyada genişmiqyaslı elektrik kəsintisi səbəbindən parlament iclası yarımçıq dayandırıb

Digər ölkələr
  • 06 noyabr, 2026
  • 14:23
Çexiyada genişmiqyaslı elektrik kəsintisi səbəbindən parlament iclası yarımçıq dayandırıb

Praqada (Çexiya) genişmiqyaslı elektrik enerjisi kəsintisi səbəbindən parlamentin iclası yarımçıq dayandırılıb.

"Report" xəbər verir ki, bu barədə Çexiya mediası "Prague Energy" (PRE) şirkətinin nümayəndəsi Karel Hanzelkayaya istinadən məlumat yayıb.

Onun sözlərinə görə, elektrik kəsintisi əsasən Vltava çayının sol sahilindəki əraziləri, o cümlədən Praqa 1, 5 və 6 rayonlarını əhatə edib. Problem iki yarımstansiyada yaranan texniki nasazlıqla bağlıdır.

"Problemi bir saat ərzində həll edə biləcəyimizə ümid edirik", - o bildirib.

Praqanın bütün ərazisində işıqforlar işləmir, tramvayların hərəkəti məhdudlaşdırılıb, Petrşinə gedən funikulyorun fəaliyyəti isə dayandırılıb.

44 filmi