CENTCOM: Hörmüz boğazından 1,7 milyard bareldən çox neft daşınıb

Digər ölkələr
  • 14 noyabr, 2026
  • 22:06
CENTCOM: Hörmüz boğazından 1,7 milyard bareldən çox neft daşınıb

Fars körfəzi ölkələri Birləşmiş Ştatların mühafizəsi altında Hörmüz boğazından 1,7 mlrd. bareldən çox xam neftin daşınmasını həyata keçirib.

"Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkə hesabında məlumat yayıb.

"ABŞ Hərbi Hava Qüvvələrinin F-16 qırıcıları Yaxın Şərqdə regional sular üzərindəki hava məkanında patrul xidməti həyata keçirir. ABŞ-nin Fars körfəzindəki tərəfdaşları Amerikanın mühafizəsi altında Hörmüz boğazından 1,7 mlrd. bareldən çox xam neft daşıyıblar", - paylaşımda bildirilib.