Blinken Mərkəzi Asiyaya yola düşüb
Digər ölkələr
- 27 fevral, 2023
- 04:03
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ-nin dövlət katibi Entoni Blinken Qazaxıstan, Özbəkistan və Hindistana səfər etmək üçün yola düşüb.
“Report” xəbər verir ki, bu barədə Amerika xarici siyasət idarəsinin rəhbəri tviterdə yazıb.
“Bu gün Qazaxıstan, Özbəkistan və Hindistana səfərə çıxıram. Bu mənim, dövlət katibi kimi, Qazaxıstan və Özbəkistana ilk səfərim olacaq və mən bizim Mərkəzi Asiyadakı tərəfdaşlıq münasibətlərinin gələcək inkişafını səbirsizliklə gözləyirəm. Oradan “G20” XİN başçılarının müşavirəsində iştirak etmək üçün Hindistana yola düşəcəyəm”, - diplomat qeyd edib.
Xatırladaq ki, daha öncə dövlət katibinin fevralın 28-dək martın 3-dək Qazaxıstan, Özbəkistan və Hindistanda səfərdə olacağı bildirilmişdi.
Son xəbərlər
01:59
UEFA Avropa Liqası: "Milan" öz meydanında uduzub, "Yuventus" səfərdə qələbə qazanıb
Futbol
01:57
UEFA Konfrans Liqası: "Trabzonspor" öz meydanında məğlub olub
Futbol
01:51
Rusiya XİN: Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər
Region
01:18
İsxak Hersoq İsrailin baş naziri postuna namizədin adını açıqlayacaq
Digər ölkələr
01:08
Məkkə sazişinə dair qanun layihəsi TBMM-də təsdiqlənib
Region
00:52
Serbiya RSK parlament seçkilərinin nəticələrini təsdiqləyib
Digər ölkələr
00:10
Zelenski: Ukrayna ABŞ-nin vəd etdiyi 16 milyard dollarlıq yardımı almayıb
Digər ölkələr
00:04
ABŞ Kubaya qarşı sanksiyaları genişləndirib
Digər ölkələr
00:00
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
Fərdi