ABŞ milyarderi və daha 6 nəfər Baham adalarında helikopter qəzasında həlak olub
Digər ölkələr
- 05 iyul, 2019
- 04:00
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Baham adalarında ABŞ-a uçan helikopter qəzaya uğrayıb.
“Report”un məlumatına görə, bu barədə “Associated Press” xəbər verib.
Bildirilir ki, hadisə zamanı 7 nəfər həlak olub. Baham adaları polisinin nümayəndəsi faktı təsdiqləyib.
Məlumata görə, helikopter Florida ştatının Fort-Loderdeyl şəhərinə uçurmuş. Helikopter səmaya qalxdıqdan bir neçə dəqiqə sonra yerə düşüb. Ölənlərin hamısı ABŞ vətəndaşlarıdır.
"BNO News"un məlumatına görə, həlak olanlar arasında ABŞ milyarderi, kömür maqnatı Kris Klayn da var. O, Baham adalarına 62 yaşını qeyd etmək üçün uçurmuş. Mərhum milyarderin sərvəti 1,8 milyard dollar məbləğində qiymətləndirilir.
Son xəbərlər
13:47
Laçında Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı keçirilib
Qarabağ
13:44
Antalyada COP-31-in keçiriləcəyi məkanda Azərbaycan pavilyonu qurulub
Region
13:44
DÇ-2028: Azərbaycan – Latviya oyununun hakimləri açıqlanıb
Futbol
13:42
Nazir müavini: Səhiyyə Nazirliyi dərmanların qeydiyyatdan keçmədən ölkəyə idxalına şərait yaradır
Sağlamlıq
13:40
Sahil Babayev: "Azərbaycanda inflyasiya nəzarətdədir"
Maliyyə
13:40
Özbəkistan BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin regional ofisini açmağa hazırdır
Region
13:35
Sahil Babayev: "Təhsildə adambaşına maliyyələşdirilmə genişləndiriləcək"
Milli Məclis
13:34
Rusiyanın Kamışevaxaya endirdiyi zərbə nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb
Digər ölkələr
13:30
24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb - Birgə məlumat
Daxili siyasət