Antoni Blinken: "NATO Kiyevə dəstəyi maksimum həddə çatdıracaq"
Digər ölkələr
- 01 iyun, 2023
- 13:39
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"NATO Kiyevə dəstəyi maksimum həddə çatdıracaq".
“Report” xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken Norveçin paytaxtı Osloda keçirdiyi brifinqdə deyib.
O bildirib ki, Alyans bunu qarşısına məqsəd qoyub: “Biz Ukraynanın əks-hücumları fonunda bu ölkəyə yardımımızı maksimum dərəcədə artırmağa fokuslanmışıq”.
A.Blinkenin sözlərinə görə, müttəfiqlərin Ukraynaya artan dəstəyi həm də ehtimal edilən təcavüzlərin qarşısını almaq üçündür.
Qeyd edək ki, rəsmi Kiyev daha əvvəl əks-hücum əməliyyatlarının başlandığını elan etmişdi.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.
Son xəbərlər
13:53
Azərbaycanın Böyük Britaniya ilə ticarət dövriyyəsi 3 dəfəyə yaxın artıb
Biznes
13:49
Ötən rüb Azərbaycanda qaz istehlakı 7 %-ə yaxın azalıb
Energetika
13:46
"Firefox" Azərbaycandakı bazar payının 17 %-dən çoxunu itirib
İKT
13:44
Vaqif Sadıqov: "U-15 dünya çempionatı Azərbaycan futbolunun inkişafına böyük təkan verəcək"
Futbol
13:40
SOCAR ötən rüb neft məhsullarının ixracını 3 %-ə yaxın artırıb
Energetika
13:39
ABŞ-də "Halloween" günlərində silahlı insidentlər nəticəsində azı 15 nəfər ölüb
Digər ölkələr
13:35
SOCAR III rübdə 632 milyon kubmetrə yaxın qaz emal edib
Energetika
13:27
Sander van der Eyk "Sabah"dan əvvəl Azərbaycan millisinin oyununu idarə edib
Futbol
13:22
Foto
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
Fərdi