"Firefox" Azərbaycandakı bazar payının 17 %-dən çoxunu itirib
- 02 noyabr, 2026
- 13:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin oktyabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihaz, planşet) "Chrome" brauzerinin bazar payı 78,29 % təşkil edib.
"Report" "Statcounter" agentliyinin son hesabatına istinadən xəbər verir ki, bu, sentyabr ayına nisbətən 0,04 faiz bəndi, 2025-ci ilin oktyabr ayının göstəricisi ilə müqayisədə isə 3 faiz bəndi azdır.
İkinci pillədəki "Safari"nin bazar payı aylıq 1,29 faiz bəndi, il ərzində isə 1,87 faiz bəndi artaraq 9,78 % olub.
Növbəti yerdə qərarlaşan "Firefox"un bazar payı aylıq 0,96 faiz bəndi və ya 17,5 % azalaraq, il ərzində isə 2,9 faiz bəndi artaraq 4,51 % təşkil edib.
Dördüncü yerdəki "Samsung Internet"in bazar payı ay ərzində 0,3 faiz bəndi azalaraq, illik müqayisədə isə 1,2 faiz bəndi artaraq 3,62 % təşkil edib.
İlk beşliyi qapadan "Edge"nin bazar payı aylıq 0,17 faiz bəndi, il ərzində isə 0,06 faiz bəndi azalaraq 1,92 % olub.
Müxtəlif platformaların bazar payına görə brauzerlərin ilk beşliyi aşağıdakı kimidir:
Kompüterlərdə:
"Chrome" – 78,35 % (aylıq 2,4 faiz bəndi çox və illik 8,28 faiz bəndi az);
"Firefox" – 11,48 % (aylıq 2,21 faiz bəndi az və illik 8,72 faiz bəndi çox);
"Edge" – 5,57 % (aylıq 0,47 faiz bəndi az və illik 1,79 faiz bəndi çox);
"Opera" – 1,44 % (aylıq 0,14 faiz bəndi və illik 1,57 faiz bəndi az);
"Samsung Internet" – 0,34 % (aylıq 0,19 faiz bəndi az və 1 il əvvəl paya sahib olmayıb);
Mobil cihazlarda:
"Chrome" – 78,24 % (aylıq 1,29 faiz bəndi az və illik 2,6 faiz bəndi çox);
"Safari" – 13,74 % (aylıq 1,65 faiz bəndi çox və illik 0,46 faiz bəndi az);
"Samsung Internet" – 5,31 % (aylıq 0,38 faiz bəndi az və illik 0,26 faiz bəndi çox);
"Firefox" – 0,98 % (aylıq 0,27 faiz bəndi az və illik 0,59 faiz bəndi çox);
"Opera" – 0,96 % (aylıq 0,16 faiz bəndi çox və illik 1,42 faiz bəndi az);
Planşetlərdə:
"Chrome" – 81,69 % (aylıq 3,14 faiz bəndi az və illik 10,59 faiz bəndi çox);
"Safari" – 8,43 % (aylıq 1 faiz bəndi çox və illik 10,16 faiz bəndi az);
"Android" – 4,72 % (aylıq 1,94 faiz bəndi çox və illik 2,65 faiz bəndi az);
"Samsung Internet" – 2,37 % (aylıq 0,36 faiz bəndi az və 1 il əvvəl paya sahib olmayıb);
"Opera" – 1,7 % (aylıq 0,45 faiz bəndi və illik 0,45 faiz bəndi çox);