AFP: Avropa İttifaqı Rusiya ilə danışıqlar qrupunu təsdiqləyib
- 13 noyabr, 2026
- 21:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa İttifaqı (Aİ) liderləri Dublindəki sammitdə Rusiya ilə ekspert danışıqlarında iştirak edəcək nümayəndə heyətini razılaşdırıblar.
"Report" xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) Avropa mənbəsinə istinadən məlumat yayıb.
Danışıqlar qrupuna Avropa Komissiyası, Aİ Şurası, Almaniya, Fransa, İtaliya və Polşanın, eləcə də Aİ-yə daxil olmayan Böyük Britaniyanın nümayəndələri daxil olacaqlar.
Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar noyabrın 10-11-də Əbu-Dabidə keçirilib. Rusiya nümayəndə heyətinə bu ölkənin prezidentinin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov rəhbərlik edib. Həmçinin danışıqların başladığı vaxt masa arxasında ABŞ emissarları Stiv Uitkoff və Cared Kuşner, NATO-nun Avropadakı qüvvələrinin baş komandanı Aleksus Qrinkeviç və BƏƏ-nin XİN rəhbəri Abdulla bin Zayed Əl Nəhyan iştirak ediblər.