ABŞ Rusiyanın fiziki və hüquqi şəxslərinə sanksiyalar tətbiq edib

Digər ölkələr
  • 01 oktyabr, 2024
  • 14:25
ABŞ Rusiyanın fiziki və hüquqi şəxslərinə sanksiyalar tətbiq edib

ABŞ Maliyyə Nazirliyi Rusiya Federasiyasının 7 vətəndaşını və bu ölkədə qeydiyyatdan keçmiş iki şirkəti kibercinayətlərə görə sanksiyalar siyahısına daxil edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Sanksiyalar siyahısına daxil edilmə ABŞ-dəki aktivlərin dondurulmasını, ölkə vətəndaşları və şirkətlərinin onlarla biznes aparmasının qadağan olunmasını nəzərdə tutur.

44 filmi