Qubada Heydər Əliyevin anım günü dərin hüznlə qeyd olunub
Daxili siyasət
- 12 dekabr, 2018
- 08:19
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Quba. 12 dekabr. REPORT.AZ/ Quba rayonunda ümummilli lider Heydər Əliyevin anım gününün 15-ci ildönümü ilə bağlı tədbir keçirilib.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, anım mərasimində əvvəlcə Heydər Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev ümummilli lider Heydər Əliyevin heykəlinin qarşısına gül dəstəsi qoyub.
Mərasimdə həmçinin rayonun idarə, müəssisələrinin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Daha sonra Quba "ASAN Həyat" kompleksinin kinoklubunda ulu öndərə həsr olunmuş 43 dəqiqəlik "Unudulmaz" sənədli filminin nümayişi olub.
Son xəbərlər
01:09
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
Digər ölkələr
00:39
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
Digər ölkələr
00:12
"Qarabağ" – "Neftçi" matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Hadisə
00:00
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Daxili siyasət
00:00
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Daxili siyasət
23:52
Video
Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır
Futbol
23:49
Şotlandiya Britaniyadan ayrılmaq üçün yeni referendum kampaniyasına başlayıb
Digər ölkələr
23:22
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
Digər ölkələr
23:12
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
Digər ölkələr