Qax, Zaqatala, Balakən, Şəki və Oğuzda Zəfər Günü ilə bağlı tədbirlər keçirilib

Daxili siyasət
  • 08 noyabr, 2026
  • 12:18
Qax, Zaqatala, Balakən, Şəki və Oğuzda Zəfər Günü ilə bağlı tədbirlər keçirilib

Qax, Zaqatala, Balakən, Şəki və Oğuz rayonlarında Zəfər Gününə həsr edilmiş silsilə tədbirlər keçirilib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, 8 Noyabr - Zəfər Günü münasibəti ilə Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunub.

Tədbirlər zamanı Ümummilli Lider Heydər Əliyevin abidəsi və Şəhidlər Xiyabanı ziyarət olunub. Daha sonra rayon mədəniyyət mərkəzlərində tədbirlər keçirilib, konsert proqramları təşkil olunub.

Bildirilib ki, xalq 30 ilə yaxın gözlədiyi Qələbənin sevincini yaşayır.

44 filmi