Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb

Daxili siyasət
  • 07 noyabr, 2026
  • 19:53
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb

Kənd Təsərrüfatı Nazirliyi 8 Noyabr – Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb.

"Report" xəbər verir ki, videoçarxda Vətən müharibəsində qazanılmış tarixi Zəfərin işğaldan azad edilmiş ərazilərdə yaratdığı yeni reallıqlar, həyata keçirilən bərpa-quruculuq işləri və kənd təsərrüfatının inkişafı əks etdirilib.

Videoçarxın əsas qəhrəmanı Vətən müharibəsinin iştirakçısı, hazırda fermer kimi fəaliyyət göstərən və Xocavənd rayonunda əkinçiliklə məşğul olan müharibə iştirakçısıdır. Videoçarxda Zəfərdən sonra həyatın yenidən canlandığı torpaqların bu gün əkin sahələrinə, bərəkət və istehsal məkanına çevrilməsi fermerin həyat hekayəsi ilə təqdim olunur.

Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb

44 filmi