Cəbrayıl sakini: Yurdumuza qayıdış gününün sevincini yaşayırıq

Daxili siyasət
  • 06 iyul, 2026
  • 06:53
Cəbrayıl sakini: Yurdumuza qayıdış gününün sevincini yaşayırıq

Yurdumuza qayıdıb xoşbəxt yaşayacağımız günün sevincini yaşayırıq. Nə xoş bizə.

Bu sözləri "Report" Cəbrayıl sakini, keçmiş məcburi köçkün Xəyalə Əliyeva deyib.

O bildirib ki, sevinc hissini ifadə edə bilmir: "Həm həyəcanlı, həm də çox sevincliyəm. Allaha şükür olsun. Allah Prezident İlham Əliyevi, Birinci vitse-prezident Mehriban Əliyevanı qorusun. Uca Tanrı bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Biz onların sayəsində bu gün yurdumuza qayıdırıq.

Arzumuz, planlarımız bundan sonra Cəbrayılda yaşamaq, xoşbəxt günlərimizi orada keçirməkdir. Sevinirik ki, yurdumuza qayıdırıq".

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Bu gün Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 46 ailə - 223 nəfər köçürüləcək.

44 filmi