Yaponiya Azərbaycanla qeyri-neft sektorunda əməkdaşlığı gücləndirmək istəyir

Biznes
  • 30 may, 2018
  • 07:56
Yaponiya Azərbaycanla qeyri-neft sektorunda əməkdaşlığı gücləndirmək istəyir
Yaponiyanın Energetika, Sənaye və Ticarət Nazirliyinin rəsmisi Daisaku Hiraki

Bakı. 30 may. REPORT.AZ/ "Azərbaycanla energetika - neft sahəsində əməkdaşlığımız inkişaf edir, amma istəyirik ki, qeyri-neft sektorunda da əməkdaşlığımız güclənsin". 

Bunu "Report"a açıqlamasında Yaponiyanın Energetika, Sənaye və Ticarət Nazirliyinin rəsmisi Daisaku Hiraki deyib.

O əlavə edib ki, Azərbaycan geosiyasi baxımından çox vacib regionda yerləşir və onun dünyada oynayacağı rol gələcəkdə artacaq: "Vaxtilə dünyada enerji təchizatında vacib rol oynayan Şimal dənizində və Alyaska regionlarında hasilatın həcmi azalıb. Mən inanıram ki, Xəzər dənizi regionu gələcək enerji təchizatında uzunmüddətli rol oynayacaq".