Vüsal Qasımlı: “Qeyri-neft sektoru Azərbaycan iqtisadiyyatının əsas lokomotivinə çevrilməkdədir” - ƏLAVƏ OLUNUB

Biznes
  • 05 may, 2018
  • 06:52
Vüsal Qasımlı: “Qeyri-neft sektoru Azərbaycan iqtisadiyyatının əsas lokomotivinə çevrilməkdədir” - ƏLAVƏ OLUNUB
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı
Report/ Orkhan Azim

İlk xəbər saat 10:31-də verilib

Bakı. 5 may. REPORT.AZ/ "Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən islahatlar nəticəsini verir”.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən II Maliyyə və İnvestisiya Forumunda (FIF-2018) çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, hazırda ölkənin qeyri-neft məhsulları ixracının 70%-i özəl sektorun payına düşür: "Qeyri-neft məhsullarının ixracında özəl sektorun payı getdikcə artır. Özəl sektor Azərbaycan iqtisadiyyatının əsas lokomotivinə çevrilməkdədir”. 

***

"Azərbaycan turizm xidmətlərinin ixracını nəzərəçarpacaq dərəcədə artırıb. Bundan başqa, kənd təsərrüfatının dirçəldilməsi də qeyri-neft sektorunun inkişafına xidmət edir", - deyə V.Qasımlı əlavə edib. 

O həmçinin vurğulayıb ki, Azərbaycanın həyata keçirdiyi nəqliyyat və logistika layihələri ölkəni qovşağa çevirir. 

İİTKM-nin direktoru bank sektorundakı vəziyyətdən də danışıb: "Azərbaycan manatının məzənnəsinin sabit, qiymət artımının təkrəqəmli olması, qeyri-neft sektorunda 3%-ə qədər artım, ölkənin strateji valyuta ehtiyatlarının 45 mlrd. ABŞ dollarına yaxınlaşması bank sektorunu canlandırır. Bu sektor artıq inam üzərində qurulub".