“Səba” törəmə şirkətlərinin nizamnamə kapitalını artırır

Biznes
  • 29 may, 2024
  • 05:24
“Səba” törəmə şirkətlərinin nizamnamə kapitalını artırır

İyunun 28-də, saat 15:00-da “Səba” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında olacaq.

Yığıncağın gündəliyinə şirkətin 2023-cü il üzrə maliyyə hesabatının təsdiq edilməsi, eləcə də onun törəmə cəmiyətlərinin nizamnamə kapitalının artırılması və onların ümumi yığıncaqda təmsil olunması məsələləri daxildir.

Xatırladaq ki, "Səba" 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,8 milyon manatdır. Cəmiyyətin səhmlərinin 37,3%-i Hidayət Quliyevə, yenə də 37,3%-i "Baku Investment Company" MMC-yə, 25%-i İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC-yə, 0,4%-i isə digər 11 fiziki şəxsə məxsusdur.

44 filmi