“Neftqazmaş” səhmdarlarına hesabat verəcək

Biznes
  • 29 aprel, 2025
  • 09:05
“Neftqazmaş” səhmdarlarına hesabat verəcək

İyunun 13-də, saat 17.00-da “Neftqazmaş” ASC-nin səhmdarlarınıni illik ümumi yığıncağı keçiriləcək.

"Report" xəbər verir ki, yığıncaq Bakı şəhəri, Sabunçu rayonu, I Zabrat qəsəbəsi, Oktyabr küçəsi, 29 ünvanında olacaq.

Yığıncağın gündəliyinə səhmdar cəmiyyətinin idarəetmə orqanlarının 2024-cü il üzrə maliyyə-təsərrüfat fəaliyyəti haqqında hesabatının təsdiq edilməsi, mənfəətinin bölüşdürülməsi, Direktorlar Şurasının və İdarə Heyətinin tərkibinin və sədrinin seçilməsi, təftiş komissiyasının tərkibinin seçilməsi məsələləri daxildir.

Xatırladaq ki, "Neftqazmaş" 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 767 890 manatdır.

44 - Tezliklə