Həştərxanın biznes dairələri ilə əməkdaşlığın yeni imkanları müzakirə olunub

Biznes
  • 09 dekabr, 2022
  • 15:30
Həştərxanın biznes dairələri ilə əməkdaşlığın yeni imkanları müzakirə olunub

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Bakıda “Həştərxan vilayəti-Abşeron rayonu: Əməkdaşlığın yeni imkanları” mövzusunda tədbir keçirilib.

Bu barədə "Report"a İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib.

Hər 2 ölkənin aidiyyəti dövlət qurumlarının və sahibkarların iştirak etdiyi tədbirdə AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirov Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, ölkəmizin aqrar-sənaye potensialı, bu sahədə həyata keçirilən layihələr barədə məlumat verib, Azərbaycanın Rusiyanın subyektləri, o cümlədən Həştərxan vilayəti ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların mövcudluğunu diqqətə çatdırıb.

Tədbir çərçivəsində Həştərxan şirkətlərinin nümayəndələri təqdimatlarla çıxış edib, B2B görüşlər keçirilib.