Gürcüstan Azərbaycandan siqaret idxalına çəkdiyi xərci 5 dəfə artırıb
- 20 iyul, 2024
- 10:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycandan 11,3 milyon ABŞ dolları dəyərində siqaret (tərkibində tütün olan) idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5 dəfə çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstana siqaret tədarük edən ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 72,46 milyon ABŞ dolları dəyərində siqaret alıb ki, bu da bir il əvvəlki göstəricidən 0,8 % azdır. O cümlədən Gürcüstan Litvadan 24,5 milyon ABŞ dolları, Ermənistandan 9,7 milyon ABŞ dolları, Türkiyədən 7,9 milyon ABŞ dolları, Çexiyadan isə 4,4 milyon ABŞ dolları dəyərində siqaret idxal edib.
Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 158 milyon ABŞ dolları dəyərində siqaret alıb ki, bunun da 11,6 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.