Uşakov: Rusiya, ABŞ və Ukrayna danışıqlarının yeni raundu Əbu-Dabidə keçirilə bilər

Digər ölkələr
  • 21 oktyabr, 2026
  • 18:52
Uşakov: Rusiya, ABŞ və Ukrayna danışıqlarının yeni raundu Əbu-Dabidə keçirilə bilər

Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların yeni raundu noyabrın ortalarında Əbu-Dabidə baş tuta bilər.

"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə ölkə prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

"Biz Əbu-Dabini nəzərdə tuturuq. Razılaşma belə idi ki, hardasa, yəqin ki, noyabrın ortalarında danışıqlar olsun", - o deyib.