Bu il Gürcüstan Azərbaycandan son 15 ildə rekord dəyərdə içki və tütün alıb
- 20 iyul, 2024
- 09:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycandan 11,8 milyon ABŞ dolları dəyərində içki və tütün idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ən azı son 15 ildə eyni dövr üçün ən yüksək göstəricidir və bir il əvvəlki göstəricidən 4,5 dəfə çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstana analoji məhsullar tədarük edən ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 142,52 milyon ABŞ dolları dəyərində içki və tütün alıb ki, bu da bir il əvvəlki göstəricidən 12,5 % çoxdur.
Bu ilin ilk 6 ayında Gürcüstan Litvadan 24,8 milyon ABŞ dolları, Türkiyədən 20,4 milyon ABŞ dolları, Ermənistandan 10,9 milyon ABŞ dolları, Rusiyadan 5,94 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.
Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 286 milyon ABŞ dolları dəyərində içki və tütün alıb ki, bunun da 12,3 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.