Azərbaycan uyğunluğun qiymətləndirilməsi üzrə yeni dövlət standartı qəbul edib

Biznes
  • 23 noyabr, 2026
  • 16:28
Azərbaycan uyğunluğun qiymətləndirilməsi üzrə yeni dövlət standartı qəbul edib

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) uyğunluğun qiymətləndirilməsi üzrə yeni dövlət standartı qəbul edib.

"Report" bu barədə Agentliyə istinadən xəbər verir.

Məlumata görə, AZS ISO/IEC 17024:2024 "Uyğunluğun qiymətləndirilməsi. Şəxslərin sertifikatlaşdırılmasını həyata keçirən orqanlar üçün ümumi tələblər" dövlət standartının yeni versiyası ISO/IEC 17024:2026 "Conformity assessment - General requirements for bodies operating certification of persons" beynəlxalq standartı əsasında qəbul edilib.

Standart şəxslərin sertifikatlaşdırılmasını həyata keçirən orqanların səriştəliliyinə, qərəzsizliyinə və fəaliyyətinin ardıcıllığına dair ümumi tələbləri müəyyən edir.

Sözügedən dövlət standartı AZSTAND-ın nəzdində təsis edilən "Uyğunluğun qiymətləndirilməsi" standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 08) təqdimatı əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.