Azərbaycan Sverdlovskdan 4 min kubmetrə yaxın taxta idxal edib
- 06 mart, 2024
- 10:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin fevral ayında Azərbaycan Rusiyanın Sverdlovsk vilayətindən 3,6 min kubmetr taxta idxal edib.
"Report" bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.
Məlumata görə, bu, fevralda Sverdlovskun ümumi taxta ixracının 4 %-ni təşkil edib.
Ötən ay vilayətdən ümumilikdə 85,3 min kubmetr taxta ixrac edilib. Bunun 25 %-i Özbəkistana (22,7 min kubmetr), 21 %-i Qazaxıstana (18,7 min kubmetr), 13 %-i Qırğızıstana (11,2 min kubmetr), hər biri 9% olmaqla Çin və Türkmənistana (8,1 min kubmetr) və hər biri 5 % olmaqla Əfqənıstan və Tacikistana (4,7 min kubmetr) göndərilib. İxrac məhsullarına 1,5 min fitosanitar sertifikat verilib.
Bundan başqa, Sverdlovskdan Rusiyanın digər bölgələrinə 31,7 min kubmetr taxta göndərilib ki, bu məhsullara da 530 fitosanitar sertifikat verilib.