Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti TEGOVA-ya üzv qəbul edilib

Biznes
  • 26 oktyabr, 2026
  • 18:18
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti TEGOVA-ya üzv qəbul edilib

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) Avropa Qiymətləndirici Assosiasiyaları Qrupuna (TEGOVA) üzv qəbul edilib.

Bu barədə "Report" AQC-yə istinadən xəbər verir. Üzvlük təşkilatın Baş Assambleyasında yekdilliklə təsdiqlənib.

AQC-nin nümayəndə heyəti Vyanada keçirilən iclasda iştirak edib. Cəmiyyətin üzvlüyü ilə bağlı ilkin qərar iyulun 28-də qəbul olunub. Baş Assambleyada AQC İdarə Heyətinin sədri Vüqar Oruca və nümayəndə heyətinin digər üzvlərinə üzvlüyü təsdiq edən sənədlər təqdim edilib.

Beləliklə, AQC Azərbaycanın TEGOVA-da təmsil olunan yeganə milli qiymətləndirici təşkilatı olub.

Qeyd edək ki, TEGOVA Avropanın 42 ölkəsində fəaliyyət göstərən 78 üzv təşkilatı birləşdirir. AQC-nin üzvlüyü Azərbaycan qiymətləndiricilərinə Avropa standartlarını tətbiq etmək, beynəlxalq təcrübə mübadiləsində və peşəkar hazırlıq proqramlarında iştirak etmək imkanları yaradacaq.

Baş Assambleyada, həmçinin ESG meyarlarının aktivlərin dəyərinə təsiri və süni intellekt texnologiyalarının qiymətləndirmədə tətbiqi müzakirə olunub.

44 filmi