Azərbaycan Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Korporasiyasının nazirlər konfransında iştirak edəcək

Biznes
  • 26 oktyabr, 2017
  • 07:37
Azərbaycan Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Korporasiyasının nazirlər konfransında iştirak edəcək

Bakı. 26 oktyabr. REPORT.AZ/ Sabah Düşənbədə (Özbəkistan) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Korporasiyasının (Central Asia Regional Economic Cooperation- CAREC) nazirlər konfransı keçiriləcək. 

"Report" xəbər verir ki, Azərbaycanı bu tədbirdə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov təmsil edəcək.

Konfransda "CAREC-2030" strategiyası qəbul ediləcək. 

Tədbirdə Asiya İnkişaf Bankının (ADB) prezidenti Takehiko Nakaonun iştirak edəcəyi gözlənilir. 

44 filmi