Azərbaycan əsas tədarük bazarından avokado idxalını kəskin artırıb
- 06 may, 2022
- 13:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 101,95 min ABŞ dolları dəyərində 55,63 ton avokado gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 5,1 %, kəmiyyət olaraq – 30,2 % artıb.
Hesabat dövründə Türkiyədən 73,54 min ABŞ dolları dəyərində 49,02 ton, Lüksemburqdan 11,11 min ABŞ dolları dəyərində 1,46 ton, Kolumbiyadan 5,49 min ABŞ dolları dəyərində 1,75 ton, İspaniyadan 5,46 min ABŞ dolları dəyərində 1,48 ton, Perudan 3,17 min ABŞ dolları dəyərində 1,06 ton məhsul alınıb.
Bir il əvvəlki göstəricilərlə müqayisədə Türkiyədən tədarük müvafiq olaraq 2,8 dəfə və 2,5 dəfə artıb, Lüksemburqdan – 53 % və 58,7 % artıb, Kolumbiyadan – 16,4 % və 33,5 % azalıb, İspaniyadan – 28,3 % azalıb və 23,3 % artıb, Perudan – 64,7 % və 66,6 % azalıb.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın xaricdən (12 ölkə) aldığı 239,34 ton avokadonun 40 %-i Türkiyənin, 23 %-i Perunun, 16 %-i Cənubi Afrika Respublikasının payına düşüb.