Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb

ASK
  • 13 noyabr, 2026
  • 12:02
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 13 milyard 123,3 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 % çoxdur.

Hesabat dövründə heyvandarlıq məhsullarının istehsalı 1,6 %, bitkiçilik məhsullarının istehsalı isə 1,2 % çoxalıb. Məhsulun 50,2 %-i bitkiçiliyin, 49,8 %-i heyvandarlığın payına düşüb.

Hesabat dövründə diri çəkidə 504,5 min ton ət, 1 milyon 993,1 min ton süd, 1 milyard 883,9 milyon ədəd yumurta, 14,1 min ton yun, 155,8 ton barama istehsal olunub. 1 il əvvələ nisbətən ət istehsalı 2,5 %, yumurta istehsalı 0,9 % artıb. İllik müqayisədə süd istehsalı eyni qalıb, yun istehsalı 3,4 %, barama istehsalı isə 16,5 % azalıb.

44 filmi