Yuri Yuslen: Finlandiyada icarə mənzillərinin 40 %-dən çoxu dövlət tərəfindən dəstəklənir

Xarici siyasət
  • 20 may, 2026
  • 13:03
Yuri Yuslen: Finlandiyada icarə mənzillərinin 40 %-dən çoxu dövlət tərəfindən dəstəklənir

Finlandiyada icarə mənzillərinin 40 %-dən çoxu dövlət dəstəyi ilə təmin edilir ki, bu da eyni zamanda həm orta, həm də aşağı gəlirli əhali seqmentlərini əhatə etməyə imkan verir.

"Report"un məlumatına görə, bu barədə Finlandiya Ətraf Mühit Nazirliyinin baş məsləhətçisi Yuri Yuslen Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, Finlandiyanın mənzil siyasəti konstitusiya prinsipinə əsaslanır ki, buna müvafiq olaraq dövlət orqanları vətəndaşların mənzil hüququnun təmin edilməsinə kömək etməyə borcludurlar.

Y.Yuslen vurğulayıb ki, bu siyasətin həyata keçirilməsində əsas rol yerli planlaşdırma və mənzil inkişafına cavabdeh olan bələdiyyələrə məxsusdur: "Finlandiyada dövlət və bələdiyyələr arasında torpaqdan istifadə, mənzil və nəqliyyat məsələləri üzrə uzunmüddətli razılaşmalar sistemi fəaliyyət göstərir və şəhərlərin inkişaf çərçivəsini məhz o müəyyən edir".