YAP nümayəndə heyəti Antalyada Türkiyə XİN başçısı ilə görüşüb
Xarici siyasət
- 23 may, 2023
- 15:28
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyədə səfərdə olan Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Antalyada qardaş ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
"Report"un Türkiyəyə ezam olunan əməkdaşı xəbər verir ki, görüş zamanı jurnalistlərin suallarını cavablandıran Mövlud Çavuşoğlu Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət!” kəlamını bir daha xatırladaraq qardaşlığımızın bundan sonra da bütün müstəvilərdə inkişaf edəcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin tərkibində YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, deputatlar Ramil Həsən, Aydın Mirzazadə, Rəşad Mahmudov, Sevil Mikayılova təmsil olunurlar.
Son xəbərlər
01:44
Foto
Serbiya və Azərbaycan idman sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Xarici siyasət
01:27
Yaponiya Marsın peyki Fobosdan torpaq nümunələri gətirmək üçün kosmik aparat buraxıb
Digər ölkələr
00:48
FT: Fransadakı iğtişaşlar hakimiyyətin vəziyyətə nəzarət edə bilmədiyini göstərib
Digər ölkələr
00:10
Fransada iğtişaşlar zamanı 2,5 mindən çox adam saxlanılıb
Digər ölkələr
00:00
Zəngilanın azad edilməsindən 6 il ötür
Daxili siyasət
23:58
Tramp Putin və Si Cinpinlə nüvə tərksilahını müzakirə etməyə hazırdır
Digər ölkələr
23:43
Pakistanlı general sabah Tehrana səfər edəcək
Region
23:34
Foto
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Xarici siyasət
23:20
Türkiyədə yol qəzası nəticəsində 15 nəfər xəsarət alıb
Region