Xəzəryanı ölkələr nəqliyyat sahəsində sazişin mətnini təsdiqləyib

Xarici siyasət
  • 03 may, 2018
  • 06:12
Xəzəryanı ölkələr nəqliyyat sahəsində sazişin mətnini təsdiqləyib

Bakı. 3 may. REPORT.AZ/ Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran və Rusiya ekspertləri nəqliyyat sahəsində əməkdaşlıq haqqında sazişin mətnini razılaşdırıblar.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın nəqliyyat nazirinin müavini Viktor Olerski Türkmənistanda keçirilən "Böyük İpək Yolu - inkişafın yeni hüdudlarına doğru" forumunda bildirib.

Onun sözlərinə görə, sazişin 2018-ci ildə Astanada keçiriləcək Xəzər sammiti zamanı imzalanması gözlənilir.

V.Olerski xatırladıb ki, bu sahədə sazişin hazırlanmasını 2015-ci ildə Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov təklif edib.

Qeyd edək ki, Astanada keçiriləcək sammitdə Xəzərin hüquqi statusuna dair Konvensiya layihəsinin  nəzərdən keçiriləcəyi də gözlənilir.

44 filmi