Diplomatlar Xankəndidə dəmir yolu və avtovağzal kompleksinin tikintisi ilə tanış olublar

Xarici siyasət
  • 11 sentyabr, 2026
  • 11:06
Diplomatlar Xankəndidə dəmir yolu və avtovağzal kompleksinin tikintisi ilə tanış olublar

Qarabağda səfərdə olan diplomatik korpus nümayəndələri Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksində aparılan tikinti işlərinin gedişatı ilə tanış olublar.

"Report"un Qarabağa ezam olunuş əməkdaşı xəbər verir ki, səfər zamanı diplomatlara aparılan tikinti işləri barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, 2025-ci il iyulun 3-də Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoyub.