Vişvanat: Şəhərlərin inklüzivliyi gənclərin və qadınların şəhər inkişafı proseslərində iştirakı ilə bağlıdır

Xarici siyasət
  • 19 may, 2026
  • 14:33
Vişvanat: Şəhərlərin inklüzivliyi gənclərin və qadınların şəhər inkişafı proseslərində iştirakı ilə bağlıdır

Şəhərlərin təhlükəsizliyi və inklüzivliyi birbaşa gənclərin və qadınların şəhər inkişafı proseslərində iştirakı ilə bağlıdır.

"Report"un məlumatına görə, bunu "Safetipin" təşkilatının baş direktoru və həmtəsisçisi Kalpana Vişvanat Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Təhlükəsiz və dayanıqlı şəhərlər üçün gənclər liderliyi" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, "Safetipin" təşkilatı 13 il əvvəl rəqəmsal alətlər və ictimai məkanların təhlili vasitəsilə şəhərlərdə qadınların və gənclərin təhlükəsizliyinin artırılması məqsədilə yaradılıb.

Baş direktor qeyd edib ki, əsas alətlərdən biri kraudsorsinq əsasında şəhər məkanlarının təhlükəsizliyi haqqında məlumat toplamağa imkan verən "My Safetipin" mobil servisi olub.

"İşimiz inkişaf etdikcə başa düşdük ki, şəhərlərdə təhlükəsizlik şəhər mühitinin bir çox digər elementləri - mobillik, şəhər planlaşdırması, sosial və mədəni normalar, eləcə də siyasi iştirak və dövlət siyasəti ilə bağlıdır", - o bildirib.

Vişvanat vurğulayıb ki, gənc qadınlar bu gün mövcud çağırışlara baxmayaraq, şəhər mühitinin transformasiyasında fəal iştirak edirlər: "Gənc qadınlar dünyanın öz-özünə dəyişməsini gözləmirlər. Onlar özləri irəli çıxaraq dünyanı dəyişirlər".

44 filmi