Vaşkelyaviçius: Litva Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək niyyətindədir

Xarici siyasət
  • 27 oktyabr, 2026
  • 16:10
Vaşkelyaviçius: Litva Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək niyyətindədir

Litva 2027-ci ilin birinci yarısında Avropa İttifaqı (Aİ) Şurasına sədrliyi dövründə Aİ ilə Azərbaycan arasında əməkdaşlığı möhkəmləndirməyə və inkişaf etdirməyə hazırdır.

"Report" Litvanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, bu barədə Litvanın səfiri Kestutis Vaşkelyaviçius Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla görüşündə bildirib.

Nəşrə əsasən, görüş zamanı tərəflər ikitərəfli münasibətləri, qarşıdan gələn səfərləri və siyasi dialoqun gələcək inkişaf imkanlarını müzakirə ediblər.

"Xüsusi diqqət Aİ ilə Azərbaycan arasındakı münasibətlərə, eləcə də 2027-ci ilin birinci yarısında Litvanın Avropa İttifaqı Şurasına qarşıdan gələn sədrliyinə ayrılıb. Səfir Litvanın Aİ ilə Azərbaycan arasında əməkdaşlığı möhkəmləndirməyə və inkişaf etdirməyə hazır olduğunu vurğulayıb", - məlumatda bildirilib.

Görüş zamanı həmçinin təhlükəsizlik sahəsindəki və Ukraynadakı vəziyyət müzakirə olunub.

44 filmi