Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib

Xarici siyasət
  • 22 oktyabr, 2026
  • 21:30
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib

Bu gün Azərbaycanın İsveçrədəki səfiri Vaqif Sadıqov etimadnaməsini İsveçrə Konfederasiyasının prezidenti Gi Parmelinə təqdim edib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın İsveçrədəki səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Söhbət zamanı ikitərəfli münasibətlər, xüsusilə iqtisadi və investisiya əlaqələrinin genişləndirilməsinə, İsveçrə şirkətlərinin Azərbaycandakı layihələrdə iştirakının təşviqinə xüsusi diqqət yetirilməklə, Cənubi Qafqazda gedən proseslər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin 4 sentyabr tarixli Sərəncamı ilə Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycanın İsveçrədə səfiri təyin edilib.