Türkiyənin XİN başçısı Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
Xarici siyasət
- 14 dekabr, 2023
- 10:26
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda işgüzar səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan Ulu Öndərin məzarını, “Türk şəhidliyi” abidəsini və Şəhidlər xiyabanını ziyarət edib.
"Report" xəbər verir ki, əvvəlcə Fəxri xiyabana gələn Hakan Fidan xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Sonra şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsi ziyarət edilib, abidə önünə əklil qoyulub, gül dəstələri düzülüb.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının da məzarları ziyarət olunub, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Foto
Foto
Son xəbərlər
20:27
"Böyük Dəbilqə": Uşanqi Kokauri gümüş medal qazanıb - Yenilənib
Fərdi
20:20
Almaniyada hökumətin istefası tələbi ilə gənclərin etiraz aksiyaları keçirilir
Digər ölkələr
20:07
Video
Türkiyə Qara dənizdə təhlükəsizlik üçün səylərini davam etdirir
Region
19:49
ABŞ Moskvada terror aktına hazırlıq barədə Rusiyaya məlumat ötürüb
Region
19:37
Fransa Daxili İşlər Nazirliyi etirazlarda 15 mindən çox şəxsin iştirak etdiyini açıqlayıb
Digər ölkələr
19:26
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Qəbələ" ilə heç-heçə edib
Futbol
19:04
Tramp: Kubada hakimiyyət növbəti 2,5 il ərzində dəyişəcək
Digər ölkələr
18:57
Dünya çempionatı: Arseniy Djioyev gümüş medal qazanıb - Yenilənib-3
Fərdi
18:49
İran yeni silahlar sınaqdan keçirib
Region