Səfir: “Azərbaycanın Sakit Okean Alyansında iştirakı müsbət qiymətləndirilir”
- 03 may, 2023
- 12:31
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azərbaycanın Sakit Okean Alyansında iştirakı bütün digər müşahidəçilər kimi müsbət qiymətləndirilir”.
Bunu “Report”a müsahibəsində Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero deyib.
“Sakit Okean Alyansı çox yaxşı işləyən əməkdaşlıq mexanizmidir. Bu əməkdaşlıq “bir dam altında saziş” kimi işləyir, yəni Çili, Kolumbiya və Meksika səfirlikləri, Bakıda olduğu kimi, ümumi məkanı paylaşırlar. Sinqapur və Qanada da belədir”, - səfir bildirib.
O, həmçinin əlavə edib ki, Azərbaycanın Sakit Okean Alyansında iştirakı bütün digər müşahidəçilər kimi müsbət qiymətləndirilir, çünki bu, ölkəyə bütün müşahidəçilərin Sakit Okean Alyansı çərçivəsində qarşılıqlı əlaqədə ola biləcəyi tematik komitələrə töhfə verməyə imkan verir.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.