Norman: Azərbaycan Avropa və Ukraynanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm yer tutur

Xarici siyasət
  • 21 avqust, 2026
  • 11:52
Norman: Azərbaycan Avropa və Ukraynanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm yer tutur

Azərbaycan Ukraynanın və Avropanın enerji dayanıqlığının dəstəklənməsində əvəzsiz rol oynayır.

"Report" xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri Dankan Norman mətbuat konfransında bildirib.

Səfirin sözlərinə görə, Azərbaycan bu geniş regionda sabitliyin təşviq edilməsində mühüm rol oynayır.

Diplomat əlavə edib ki, Böyük Britaniya və Azərbaycan Ukraynanın ərazi bütövlüyünə dair ümumi mövqeyi bölüşür. O, həmçinin Azərbaycanın Ukraynaya göstərdiyi siyasi və humanitar dəstəyi alqışlayıb.

"Azərbaycan Ukraynanın və Avropanın enerji dayanıqlığının dəstəklənməsində əvəzsiz rol oynayır. Qəzzadan İrana qədər uzanan region üçün daha dinc və sabit gələcək qurmaq səylərinə göstərdiyi dəstəyə və konstruktiv iştirakına görə Azərbaycana təşəkkür etmək istəyirəm".

O, həmçinin Hörmüz boğazındakı böhran fonunda enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın etibarlı tərəfdaş kimi mühüm rolunu qeyd edib.

"Böyük Britaniya boğaz vasitəsilə gəmiçiliyin bərpası məsələsi üzərində tərəfdaşları ilə birgə işləməyə davam edir. Biz həmçinin atəşkəs rejiminin qorunub saxlanmasına və sülh danışıqlarının uğurla başa çatmasına ümid edirik. Bununla yanaşı, danışıqlar prosesindəki irəliləyiş barədə məlumatları məmnunluqla qarşılayırıq", - diplomat bildirib.