Səfir: "ABŞ Azərbaycanın sülh və təhlükəsizliyə yardım məsələsinə verdiyi töhfələri yüksək qiymətləndirir"

Xarici siyasət
  • 01 dekabr, 2017
  • 13:21
Səfir: ABŞ Azərbaycanın sülh və təhlükəsizliyə yardım məsələsinə verdiyi töhfələri yüksək qiymətləndirir
Report

Bakı. 1 dekabr. REPORT.AZ/ "ABŞ Azərbaycanın "Asiyanın qəlbi" - İstanbul prosesində davam edən mühüm rolunu alqışlayır".

Bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

"Bildiyiniz kimi, Azərbaycan sülhməramlıları ABŞ və NATO qüvvələri ilə çiyin-çiyinə Əfqanıstanda xidmət edir. ABŞ Azərbaycanın sülh və təhlükəsizliyə yardım məsələsinə verdiyi töhfələri yüksək qiymətləndirir", - deyə R.Sekuta bildirib.

ABŞ səfiri Azərbaycan Prezidenti İlham Əliyevin "Asiyanın qəlbi" - İstanbul prosesinin təşviqinə verdiyi töhfəni xüsusi qeyd edib: "Azərbaycan həm Əfqanıstanda, həm də bütün regionda təhlükəsizlik və sabitliyin təmin edilməsində daha da böyük rol oynamağa hazır olduğunu göstərir və başqa ölkələrin də prosesə qoşulmasını gözləyir".

44 filmi